14 May 2015 23:55
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Müdirlər Şurasının 24-cü İllik Toplantısı öz işinə başlayıb.

Teleqraf.com-un məlumatına görə, tədbirdə AYİB-in əməkdaşlıq etdiyi ölkələrin iqtisadiyyat, maliyyə və ticarət nazirləri, sahibkarlar, beynəlxalq maliyyə qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir.

İllik Toplantıda AYİB-in növbəti illər üzrə strateji fəaliyyəti və investisiya qoyuluşu məsələləri müzakirə ediləcək. Tədbirdə ölkəmizi AYİB-in Müdirlər Şurasında Azərbaycan tərəfdən müdir, İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. AYİB-in Müdirlər Şurasının İllik Toplantısı mayın 15-dək davam edəcək.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər