24 İyul 2015 23:34
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün qızıl dünya bazarında psixoloji həddən aşağı düşdü”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, artıq bir qramı 34 dollara təklif edilən qiymətli metal 35 dollarlıq “döşəməni” silkələyə bilib: “Bu isə dünya bazarında qızılın qiymətinin son 5 ildə tarixi minumuma düşməsi deməkdir. Son 1 ildə 16, yarım ildə 15 və iyul ayında 7 faiz dəyər itirən qiymətli metalın qramı artıq psixoloji həddən də aşağı düşməklə sözügedən bazarda ciddi durğunluq yaradıb. Eyni zamanda son 5 ildə qızılın 8 faiz ucuzlaşması qeydə alınıb.

Dünya bazarına qızıla tələbin azalması, bir sıra ölkələrinin öz ehtiyatlarını satışıa çıxarması və eləcə də investorların sözügedən bazardan öz vəsaitlərini tədricən kəçməsi qiymətli metalın “qiymətsizləşdirən” əsas səbəblərdən hesab edilir. Qızılın qiymətinin ucuzlaşmasına təsir edən digər amil isə bu qiymətli metala zinət əşyası kimi marağın azalmasıdır. Hazırda isə dünya bazarında inflyasiya minimuma enib, səhmlərin qiymətləri isə artmağa başlayıb və dollar güclənir. Bütün bunlar isə qızılın investisiya baxımından cəlbediciliyini azaldır. Eyni zamanda, 2008 və 2009-cu illərd ehtiyatlarının bir qismini qızal çevirən bir sıra ölkələr o cümlədən Çin və Hindistanda qızıl külçələr və sikkələr ötən ildən başlayaraq bazara çıxarıblar ki, bu da qızıl təklifinin artmasına səbəb olub. Qızılın qiymətindəki dəyişikliklər valyuta bazarında son zaman müşahidə olunan tendensiya ilə də bağlıdır. Dolların möhkəmlənməsi qızıl bazarına iqtisadi və psixoloji təsir göstərir. Digər tərəfdən, qızıl bazarında spekulyatıv oyunlar da kifayət qədər yüksəkdir və vu da qiymətlərin dəyişməsini şərtləndirir”.

İqtisadçı qeyd edib ki, dünya bazarındakı dəyişikliklər Azərbaycanda qızılın qiymətinə təsir göstərməkdədir. O, vurğulayıb ki, idxalın ucuzlaşması nəticəsində daxili bazarda son 1 ayda 7 faizə yaxın azalma qeydə alınıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər