Azərbaycanda bu ilin iyul ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri aylıq müqayisədə 0,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,2% ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri isə dəyişməyib.
Ötən ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-iyul aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 3,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 5,8%, qeyri-ərzaq mallarının qiymətləri 2,9%, xidmət tarifləri isə 1,2% artıb.