17 Avqust 2015 08:09
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 7,8 milyard manat daxil olub.

Dövlət Statistika Komitəsindən teleqraf.com-a bildirilib ki, müxtəlif sosial-iqtisadi tədbirlərin maliyyələşdirilməsinə büdcədən 8,6 milyard manat xərclənib. Büdcənin icrasında yaranmış 770,9 milyon manatlıq kəsir isə ümumi daxili məhsulun 2,9 faizini təşkil edib.

Daxilolmaların 19,2 faizi əlavə dəyər vergisi, 13,6 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 6,6 faizi fiziki şəxslərin gəlir vergisi, 4 faizi aksizlər, 4 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 3,5 faizi digər vergilər, 49,1 faizi isə vergi olmayan gəlirlər hesabınadır.

Büdcə vəsaitlərinin 4 milyard manatı (46,9 faiz) iqtisadiyyatın inkişaf etdirilməsinə, 962,5 milyon manatı (11,2 faiz) əhalinin sosial müdafiəsi və sosial təminatına 653,1 milyon manatı (7,6 faiz) təhsilin, 292,3 milyon manatı (3,4 faiz) səhiyyənin maliyyələşdirilməsinə xərclənib.


Müəllif:

Oxşar xəbərlər