13 Oktyabr 2015 13:10
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İndiyə qədər büdcə gəlirlərinin ÜDM payı 34 faiz idi. Gələn il 28 faiz olacaq. Neftin qiymətinin iki dəfə aşağı düşməsi gəlirləri aşağı salıb. Lakin büdcə gəlirlərinin azalması təşvişə səbəb olmamalıdır”.


Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziya Səmədzadə bildirib. O deyib ki, növbəti ildə əhalinin maaşları, pensiyalar əvvəlki illərdən də artıq olacaq.

Sosialyönümlü bazar iqtisadiyyatı davam etdirilədəcək: “Neftin Ümumi Daxili Məhsulda payı 16 milyard manat təçkil edir. 71 faiz qeyri-neft sektorundan əldə edilir. Azərbaycan bu gün böhrandan ona görə uğurlu çıxır ki, qeyri neft sektorunun hesabına iş yerləri açılıb”.

O qeyd edib ki, dövlət büdcəsinin layihəsi, büdcə zərfinə daxil olan bütün sənədlər komitədə birgə müzakirə edilib, ən kiçik məqamlara belə toxunulub: “Neftin qiymətinin aşağı düşməsi büdcə gəlirlərinin, valyuta ehtiyatına mənfi təsir edib. Qarşıdakı dövrdə də neft-qaz kompleksdi sürətlə inkişaf edəcək. Prezidentdə bəyan etdi ki, əsas məqsəd qeyri neft sektorunun inkişafı, aqrar sahənin irəli aparılması, sahibkarlara dəstək verməkdir. Bu büdcə gəlirlərinin artmasına şərait yaradacaq. Qeyd edim ki, büdcə zərfinə daxil olan materriallar göstərir ki, bizim iqtisadi strukturlar əl-ələ verərək işləyiblər. Əvvəl bəzən razılaşmalar gec olurdu. Lakin 2016-cı il büdcəsi göstərir ki, iqtisadi strukturlar birgə işləyərək mükəməl sənəd hazırlayıblar. Təbii ki, bizim problemlərimizdə var. Bunu hökumət üzvləri də, deputatlarda qeyd edəcək.


Müəllif:

Oxşar xəbərlər