14 Oktyabr 2015 11:33
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin yanvar-sentyabr aylarında sosial sığorta nömrəsi verilmiş və fərdi hesab açılmış sığortaolunanların sayı 3 milyon 136 min nəfəri ötüb.


Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Teleqraf.com-a verilən məlumata görə, fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı ilin əvvəlinə nisbətən 160,1 min nəfər artıb ki, bu da ölkədəki iqtisadi inkişafa uyğun olaraq daimi yeni iş yerlərinin yaradılmasının, habelə sosial sığorta sistemində təbliğat işlərinin gücləndirilməsi və iştirakçıların aktivliyinin artırılmasının göstəricisidir.

Eyni zamanda, sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatların qəbulu prosesi aparılıb, Fondun internet saytında fərdi şəxsi hesablarda əks olunan məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə sığortaolunanların məlumatlandırılması xidməti fəaliyyətini davam etdirib.


Müəllif:

Oxşar xəbərlər