30 Oktyabr 2015 22:16
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 30-da Yevlax, Qax, Ucar, Gədəbəy, Saatlı, Daşkəsən və Kürdəmir rayonlarının daha 14 kəndinə təbii qaz verilib.

Bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yevlax rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 166 abonenti olan Yuxarı Bucaq kəndinə təbii qazın verilişinin bərpa edilməsi məqsədi ilə birpilləli sistem əsasında 10101 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 166 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qax rayonunun 359 abonentlik Kötüklü kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 37980 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün ucarlılar üçün daha əlamətdar olub. Belə ki, rayonun 320 abonentlik Küçəkənd kəndi ilk dəfə qazlaşdırılıb. Bununla əlaqədar keçirilən tədbirdə qeyd olunub ki, kəndin qazlaşdırılması zamanı 36650 metrlik qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Gədəbəy rayonunun Söyüdlü kəndinə də ilk dəfə təbii qaz verilib. 934 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 39601 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 934 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Saatlı rayonunun 320 abonenti olan Əlisoltanlı kəndinin ilk dəfə qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 21603 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 320 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Həmin gün rayonun 474 abonentlik Fətəlikənd kəndinin qaz təchizatı bərpa edilib, bu məqsədlə 28303 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Oktyabrın 30-da Daşkəsən rayonunun 94 abonentlik Zağalı, 130 abonentlik Qazaxyolçular və 95 abonentlik Qaraqullar kəndləri də ilk dəfə qazlaşdırılıb. Bu münasibətlə keçirilmiş tədbirlərdə bildirilib ki, qazlaşdırma işləri zamanı ümumi uzunluğu 14200 metr olan qaz xətləri çəkilib, 319 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Kürdəmir rayonunda keçirilmiş tədbirlərdə isə qeyd olunub ki, rayonun ümumilikdə 685 abonenti olan Muğanlı, Ərəb Qubalı, Pirəköcə, Çərtəyəz və Qaramahmudlu kəndlərinin ilk dəfə qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 120788 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər