18 Dekabr 2015 23:15
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 18-də İmişli, Xaçmaz və Tərtər rayonlarının daha 11 kəndinə təbii qaz verilib.

Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İmişli rayonunda keçirilmiş tədbirdə bildirilib ki, ümumilikdə 1208 abonenti olan Otuziki, Murğuzalılı, Yuxarı Qaralar, Muradalılı, Xoşçobanlı və Mürsəlli kəndlərinin ilk dəfə qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 116,2 kilometrlik müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün xaçmazlılar üçün də əlamətdar olub. Rayonun 442 abonentlik Sayad, Ərəb və Çılğır kəndlərinə ilk dəfə təbii qaz verilib. Qeyd olunub ki, qazlaşdırma işləri zamanı ümumi uzunluğu 39 710 metr olan müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Tərtər rayonunun 850 abonentlik Qaradağlı-2 və Köçərli kəndlərinin qaz təchizatının bərpası münasibəti ilə keçirilmiş tədbirdə isə vurğulanıb ki, bu məqsədlə ümumi uzunluğu 55 122 metr olan müxtəlif diametrli metal boru xətləri çəkilib, 850 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Müəllif:

Oxşar xəbərlər