Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.
Teleqraf.com xəbər verir ki, bu barədə AMB-nin açıqladığı rəsmi məzənnələr bülletenində qeyd olunub.
Məlumata əsasən, bu gün dolların rəsmi məzənnəsi dekabrın 18-i ilə müqayisədə 47,63% və ya 0,501 manat artaraq 1,5500 manat olub.
Avronun məzənnəsi 47,88% və ya 0,5456 manat artaraq 1,6850 manata yüksəlib.