24 Fevral 2016 09:45
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 28-dən Qırğızıstanda kommersiya banklarının və digər maliyyə institutlarının ipoteka və istehlak kreditlərini xarici valyutada verməsinə qoyulmuş qadağa qüvvəyə minəcək.

Bu barədə Qırğızıstanın Mərkəzi Bankından məlumat verilib. Bununla bağlı qurumun İdarə Heyəti fevralın 10-da qərar verib. Mərkəzi Bank kommersiya banklarının nümayəndələrinin təklifləri əsasında normativ hüquqi aktlarına əlavə və dəyişikliklər edib.

Qadağa maliyyə hesabatlılığı, kredit qaytarılması, kreditin təkrar restrukturizasiyası, 250 min qırğız somuna qədər olan kreditlərin aylıq montorinqinin aparılması, kredit alınması zamanı çəkilən xərclərin siyahısının müəyyən edilməsi ilə bağlı prosedurları tənzimləyəcək. (Fins.az)


Müəllif:

Oxşar xəbərlər