6 Mart 2016 12:21
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı il 1 yanvar tarixinə Azərbaycan hökumətinin Beynəlxalq Valyuta Fonduna (BVF) olan borcu tam olaraq ödənilib.

Teleqraf.com “APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin ötən il üzrə hesabatında deyilir.


Bildirilir ki, Azərbaycan BVF-yə 1992-ci ildə qəbul edilib, 1995-ci ildən başlayaraq iqtisadi proqramların dəstəklənməsində BVF-nin maliyyə yardımlarından bəhrələnib.

1995-2005-ci illərdə Azərbaycan iqtisadi islahatlar proqramının dəstəklənməsi məqsədi ilə fonddan 577,3 mln. dollar məbləğində uzunmüddətli kreditlər cəlb edilib.

Bu kreditlər hesabına aparılan islahatlar daxili və xarici balansın tarazlaşdırılması və iqtisadi sabitliyin təmin edilməsinə imkan verib.


Müəllif:

Oxşar xəbərlər