23 Mart 2016 14:15
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-fevral aylarında 2015-ci ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 11,9 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, mədənçıxarma sənayesi üzrə 12,0 faiz, emal sənayesi üzrə 6,3 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7,5 faiz bahalaşıb.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə dəyişiklik baş verməyib.

2016-cı ilin fevral ayında yanvar ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 3,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 3,5 faiz, emal sənayesi üzrə 2,7 faiz bahalaşıb.

Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 3,4 faiz, metal filizlərinin hasilatı üzrə 49,7 faiz bahalaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,9 faiz ucuzlaşıb.

Ay ərzində emal sənayesində istehsalçı qiymətləri tütün məmulatlarının istehsalı üzrə 40,0 faiz, içki istehsalı üzrə 18,0 faiz, kompüter və digər elektron avadanlıqlarının istehsalı üzrə 8,5 faiz, qida məhsullarının istehsalı üzrə 7,7 faiz bahalaşıb.

Eyni zamanda metallurgiya sənayesi üzrə 7,2 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 3,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,9 faiz, toxuculuq sənayesi üzrə 2,6 faiz, poliqrafiya fəaliyyəti üzrə 2,2 faiz, kimya sənayesi üzrə 1,6 faiz, tikinti materiallarının istehsalı üzrə 1,4 faiz, geyim istehsalı üzrə 1,0 faiz, ağac emalı, ağacdan məmulatların istehsalı və elektrik avadanlıqlarının istehsalı üzrə 0,3 faiz, neft məhsullarının istehsalı üzrə 0,2 faiz bahalaşıb.

Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər