18 May 2016 13:35
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vergidən azadolmalar heç vaxt büdcə üçün müsbət nəticə vermir. Əgər kimsə və ya hansısa millət vəkili hər hansı sahənin ƏDV-dən azad olunması təklifini verirsə, bunu məsuliyyətini də daşıyır. O zaman həm də təklif versin ki, büdcəni necə kompensasiya edək?”

Teleqraf.com-un məlumatına görə, bunu Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Sahib Ələkbərov deyib. O, bildirib ki, heç bir qurum elə belə deməməlidir ki, filan sahəni vergidən azad edək: “Onsuz da ölkə başçısı xeyli sahəni vergidən azad edib, güzəştlər tətbiq edib. Vergilərdən azadolma büdcə üçün heç vaxt müsbət nəticələnmir. Azadolma müəyyən müddətə və konket sahənin inkişafı üçün verilir”.

Vergilər nazirinin müavini İlkin Vəliyev çıxışında bank sektorundan vergi daxilolmalarının azaldığını bildirib. Onun sözlərinə görə, cari ilin yanvar-aprel ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə bank sektorundan vergi daxilolmalarında 30 faizlik azalma qeydə alınıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər