Türkiyənin Ərzurum şəhərində iki il ərzində Avropanın ən iri diri heyvan bazarı tikiləcək.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, 40 milyona başa gələn bazarda heyvan saxlama yerləri, otel, bank, ticarət və restoran kimi obyektlər də istifadəyə veriləcək.
Ərzurum Böyükçəhər Bələdiyyəsinin rəhbəri Mehmet Sekmen deyib ki, 200 hektar sahədə modern bir bazar qurulacaq: "Bu layihəni ərsəyə gətirərkən Avropada, Amerika qitəsində, Qafqazlarda, Rusiya bölgələrində bütün oxşar bazarları nəzərdən keçirdik. İddia edirəm ki, bu, Avropanın ən tanınmış bazarı olacaq".
Mahir