2 İyul 2014 18:40
1 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nazir bu barədə düşünür”.

Rasim Balayev şikayət etməyib, o, sadəcə söhbət edib.

Teleqraf.com xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva deyib. İşsizlikdən şikayət edən aktyorun açıqlamasına mətbuat xidmətinin rəhbəri belə cavab verib:

“Rasim Balayev çox istedadlı, hörmətli sevimli aktyorumuzdur. Əlbəttə, cənab nazir bu barədə düşünür. Təşkilatımız onun təcrübəsindən, istedadından, özündən, nüfuzundan istifadə etməyə hər zaman hazırdır və bu barədə düşünür“.

Qeyd edək ki, xalq artisti Rasim Balayev bildirib ki, hazırda işsizdir və bu vəziyyətdən çox narahatdır. /Oxu.az/


Müəllif: