İbrahim Tatlısesin qızı Dilan Çıtakın başına iş gəlib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Nişantaşı ərazisində yerləşən “Barkode” adlı gecə klubunda musiqi ifa edən gənc müğənni ilə tamaşaçı arasında dava düşüb. Belə ki, Çıtakla tanış olmaq istəyən içkili bir kişi ona yaxınlaşıb. Bir neçə dəfə xoşluqla onu geri döndərən Dilan, sonradan əsəbləşərək əlindəki stəkanı həmin şəxsin üzünə çırpıb.
Daha sonra sakitləşmək üçün Dilan Çıtak çölə çıxıb.