14 İyul 2017 14:14
2 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Zenfira İbrahimovanın bu yaxınlarda həbs edilmiş idmançı əri Anar Heydərov sabah azadlığa buraxılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə müğənni özü məlumat yayıb.

O, həyat yoldaşı ilə fotolarını instaqram səhifəsinə yerləşdirərək, bu sözləri yazıb: “Son bir gün qaldı, inşallah... Çox darıxmışam. Həqiqətən sənsiz həyatın mənası yoxdur mənim üçün”.

Qeyd edək ki, Anar Heydərov iyunun 25-də öz motosikleti ilə Zaqulba prospektindən üzü Bilgəh istiqamətində hərəkətdə olan zaman avtoxuliqanlıq edib. Bunu görən yol polisləri qarşıda süni sıxlıq yaradaraq, baykeri dayandıra biliblər. Onun sürücülük vəsiqəsində motosiklet idarə etmək üçün müvafiq kateqoriyanın, eləcə də, etibarnamənin olmadığı üzə çıxıb.

Məhkəmə qərarı ilə Anar Heydərovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Özü isə 20 gün inzibati həbs cəzası ilə saxlanılıb.


Müəllif: Könül Əlibəyli