Türkiyənin nüfuzlu “Altın Kelebek” mükafatının bir neçə nominasiya üzrə qalibləri açıqlanıb.
Teleqraf.com xəbər verir ki, ilin ən yaxşı aktrisası Demet Evqar, ən yaxşı aktyor Mert Yazıcıoğlu, ən yaxşı kişi aparıcı Acun Ilıcalı, ən yaxşı serial “İnci taneleri” və ən yaxşı komediya serialı “Prens”elan edilib.
Ən yaxşı mahnı isə Mert Demirin “Ateşe düştüm” mahnısı seçilib.
Sümeyye Aydoğan, Bilal Yiğit Koçak, Alisa Sezen Sever və Melisa Minkari “Parıldayan ulduz” mükafatını alıblar.
Ən yaxşı komediyaçı qadın aktrisa ödülünü "Güldür Güldür"ün sənətçiləri seçilib.
Ən yaxşı arabesk-fantezi kişi sənətçi Hakan Altun olub.
“Ən yaxşı uşaq aktyorlar” – “Leyla” serialı – Melisa Duru seçilib.
“Sandık kokusu” serialı – Sarp Kaan Altınçapa
Peşəsində 35-ci il mükafatı Müge Anlıya, Peşəsində 30-cu il mükafatı isə Acun Ilıcalıya təqdim edilib.
50-ci il özəl mükafatı - Erol Evgin, Bülent Ersoy, MFÖ
Ən yaxşı gündüz proqramı - Esra Erolda
Ən yaxşı serial cütlüyü - Yabani - Rojbin Erden və Bertan Asllani
Ən yaxşı rəqəmsal platforma serialı - Şahsiyet
Türk kinosunun əfsanələri - Türkan Şoray, Ediz Hun, Emel Sayın, Perihan Savaş, Ahmet Mekin, Filiz Akın, Kadir İnanır, İzzet Günay, Göksel Arsoy
Ən yaxşı qadın aparıcı - Yeni bir gün - Çağla Şikel
Ən yaxşı kişi aparıcı - Empati - Ahmet Mümtaz Taylan
Gecənin önəmli qonaqlardan biri müğənni Bülənt Ərsoy olub.
Müğənni “Altın kelebek”in "50 il özəl mükafatı"na layiq görülüb.