10 Dekabr 12:48
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nura Suri "Altın Kelebek" mükafatlandırma gecəsində Azərbaycanı təmsil edən tanınmışların geyimlərini tənqid edib.

Teleqraf.com xəbər verir ki, Nura Suri sosial media hesabında bu sözləri yazıb: "Normalda hansısa tədbirə (toy, ad günü və s.) bizim məşhurlar çox zövqlü geyinirlər. Nədənsə "Altın Kelebek"ə bizimkilərdən indiyə kimi heç kəs zövqlü getməyib. Səbəbini anlaya bilmirəm, ya saç düzümü və makiyaj bərbad olur, ya geyim, ya da danışıq. Bu ilin parlaq aktrisası isə Günəş Tegin idi. Onu da orada görə bilmədik".

Qeyd edək ki, bu il 50-ci dəfə keçirilən Altın Kelebek-də “Azərbaycanın parlaq ulduzu” nominasiyası üzrə aparıcı Fəridə Abdulla, aktrisa Dəniz Tacəddin və müğənni Rilaya Hüseynzadə qalib olub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər