17 Dekabr 2018 14:18
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Beşiktaş” klubunun yeni qapıçısı Loris Karius Türk yazar Metin Haradan ayrıldığı iddia edilən məşhur model Adriana Limanı sosial şəbəkədəki səhifəsində izləməyə başlayıb.

Teleqraf.com-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, qapıçının bu jestinə modelin də cavabı gecikməyib. Lima da Loris Kariusu izləməyə başlayıb. Onların bu addımı yazar Haranı qəzəbləndirib. Yazarın buna görə də ayrıldıqları iddia edilən Limaya evlilik təklifi edəcəyi də bildirilib. O bunun üçün modelə gəlinlik tacı da hazırlatdırıb. Limanın isə Haranı təqibdən çıxardığı və onunla birlikdə olan fotolarını səhifəsindən sildiyi bildirilir.


Müəllif: Aygül Qarayeva