21 May 2019 22:40
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan model Günay Musayeva sevgilisini bıçaqlaması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Model yayılan xəbərlərin yalan olduğunu bildirib:

"Bu gün sevgilim Taha Tatlıcıya hücum etdiyim barədə yayılan xəbərlər yalan və yaralayıcıdır. Yazılanlar ikimizin də şəxsiyyətinə yönəlmiş ağır ittihamlardır. Taha ilə aramızda yaşanan bəsit mübahisə qonşuların şikayəti əsasında polisə qədər çatıb. Hər ikimiz polisə gedərək anlaşılmazlığa son qoymuşuq. Cütlük olaraq aramızda heç bir problem yoxdur və münasibətimiz davam edir. Artıq gündəmi zəbt etmək istəmirik. Bu açıqlama ikimizin ortaq açıqlamasıdır".

Taha Tatlıcı da eyni açıqlamanı instaqram səhifəsində bölüşüb.

Qeyd edək ki, Günayın iş adamı sevgilisi Taha Tatlıcını bıçaqladığı haqqında xəbər yayılmışdı. Tahanın Günay və oğlu Cihangiri döydüyü, modelin özünü müdafiə etmək üçün bıçağa əl atdığı iddia olunurdu.


Müəllif: Teleqraf.com