"Survivor-2020" yarışmasında iştirak edən kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev Türkiyəyə karantinə alınıb.
Pərviz Abddulayev Teleqraf.com-a açıqlamasında "COVİD 19" pandemiyasına görə 14 gün karantində qalacağını deyib:
"Türkiyəyə gəldik. Bakıya nə zaman gələcəyimi bilmirəm. Komanda ilə Maltəpədə karantində olacağıq".
Qeyd edək ki, Pərviz Abdullayev Dominikanda "Survivor" yarışmasında iştirak etmişdi.