Müğənni Elnarə Xəlilova ilə prodüser Tarix Əliyev (Tolik) arasında qalmaqal yaşanıb.
Teleqraf.com-un xəbərinə görə, Tolik İnstaqramda hekayə bölümündə paylaşım edərək Elnarə Xəlilovanın onun haqda dediyi sözlərə cavab verib: "Elnarəni Rövşənlə ailə qurmazdan əvvəl tanıyıram. Həmişə düşünmüşəm ki, şou-biznesdə çox ailələr qurulsa da, saf məhəbbət üzərində qurulanlardan biri onların ailəsidir. Elnarənin müğənniliyinə gəldikdə, onun sənətində Vaqif Gərayzadə kimi şəxsiyyətin imzası var.
Dünənki paylaşımımı "TikTok"dakı bir səhifədə gördüm və marağıma səbəb oldu. Amma nəinki Elnarənin, ölkənin ən öndə gedən ulduzlarının həyatı mənə o qədər maraqsızdır ki, durum araşdırım kim neçənci ildə nə danışıb... Yeni layihəsində uğurlar arzu edirəm".
Qeyd edək ki, Tolik sosial şəbəkədə Elnarə Xəlilovanın illər öncəki “ Törəmək üçün doğulmuşam” açıqlamasını paylaşaraq “Qadın yalnız törəmək üçün dünyaya gəlib? Sənətini ailəsinə, uşaqlarına qurban verib", - deyə bildirib.
Bu, Elnarənin xoşuna gəlməyib. “Səkkiz il əvvəlki müsahibə indi yadınıza düşdü, Tarix bəy? Komplimentlərə görə təşəkkür edirəm. Bir çoxundan fərqli olaraq həqiqətən də yaxşı anayam. Çoxuna nümunəyəm. Analığımla rəqabətə girə bilməzlər”, - cavablandırıb.