6 Mart 2022 19:12
1 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azadlığa çıxan müğənni Manaf Ağayev ilk dəfə danışıb.

Teleqraf.com xəbər verir ki, Manaf Ağayev İnstaqramda ona dəstək olan insanlara təşəkkür edib.

"15 gün ərzində mənə və ailəmə dəstək olan hər bir insana dərin təşəkkürümü bildirirəm. Allah sizləri var eləsin. Xalqımın sevgisini mənə çox görməsin", - deyə qeyd edib.

İfaçı toy mərasimlərinə də başladığını deyib: "Xalqıma hər zaman belə toy qismət etsin, biz də gəlib iştirak edək. Toyumuza başladıq".

Aşıq Namiq Fərhadoğlu isə İnstaqramda Manaf Ağayev ilə fotosunu paylaşaraq "Toy mərasimindən...Allah mübarək etsin", - deyə vurğulayıb.

Qeyd edək ki, Manaf Ağayevə işğaldan azad olunmuş torpaqlara icazəsiz və qanunsuz yollarla getdiyi üçün 15 sutka həbs cəzası verilmişdi.


Müəllif: Rəqsanə Həsənova