Xalq artisti Zülfiyyə Xanbabayeva Türkiyəyə dəstək olub.
Xalq artisti Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:
"Türkiyədə baş verən zəlzələ ağır faciədir. Mən bu haqda danışmağa çətinlik çəkirəm. Həddindən artıq ağır dərddir. Nəinki Türkiyədə, ümumiyyətlə, yer üzündə insanların ağrısıdır. Bir insanın həyatda olmaması, belə bir faciəvi şəkildə dünyasını dəyişməsi, uşaqların dağıntılar altından çıxarılması... Dövlətimiz hər zamankı kimi qardaş Türkiyəyə öz yardımını göstərdi. Biz ürəyimizlə, ruhumuzla Türkiyənin yanındayıq".