9 İyul 2023 10:37
1 910
12 Punto 14 Punto 16 Punto 18 Punto

"HammAli & Navai" ləqəbləri ilə Rusiyada məşhurlaşan azərbaycanlı müğənnilər Aleksandr Əliyev və Navai Bəkirovun "Sea Breeze" ailəvi-istirahət mərkəzində canlı solo konserti baş tutub.

Teleqraf.com xəbər verir ki, Aleksandr Əliyev və Navai Bəkirov konsertə "А если это любовь?" (Əgər bu məhəbbətdirsə) mahnısı ilə giriş ediblər.

Aleksandr Əliyev özünün və Nəvainin valideynlərinin konsertdə iştirak etdiyini açıqlayıb: "Mənim anam və atam, Nəvainin anası hazırda buradadırlar. Onların hər biri bizi bu gecə dəstəkləmək üçün buraya gəlib. Sizi səhnədən salamlayıram. Analarımız nə qədər güclü olsalar da onlar kiçik qızlardırlar. Bu qızlar isə bizdən böyük kişilər ediblər. Biz onlara buna görə təşəkkür edirik. Valideynlərin dəyərini dərk edən hər bir insan son nəfəsinə qədər valideynlərinə təşəkkür edir".

Daha sonra Aleksandr və Navai "Ana" adlı mahnılarını səsləndiriblər.

Konsertdə xalq artisti Emin Ağalarov da iştirak edib. O, Aleksandr Əliyev və Navai Bəkirov ilə duet ifa edib və duet ortaqları haqqında bu fikirləri səsləndirib: "Aleksandr ilə Navainin təqdimata ehtiyacları yoxdur. Onlar qan və canla əsl azərbaycalıdırlar".

İfaçılar alqışlarla keçən konsert proqramında sevilən mahnılarını səsləndiriblər.


Müəllif: Rəqsanə Həsənova