Xalq artisti Brilliant Dadaşova ilə küsülü olan əməkdar artist Lalə Məmmədova barışıb.
Teleqraf.com xəbər verir ki, Lalə Məmmədova Brilliant Dadaşovanın doğum gününə gələrək "Bizim böyük sənətkarımızdır, hamımız ondan öyrənmişik. İnanın ki, çox rahat gəldim, çünki böyüklük edəcəyinə əmin idim", - deyə təbrik ünvanlayıb.
Müğənni-bəstəkar Murad Arif sosial media hesabında video paylaşaraq "Barışıq! Bu sahədə birinin bir yanlışını yaxud diqqətsizliyini böyüdüb söz edənlər daha çoxdur, nəinki barış, mehribanlıq axtaranlar. Bu təşəbbüsü Elnur Həsənovla irəli sürməkdə çox sevincliyəm", - deyə vurğulayıb.