14 Yanvar 2015 12:45
1 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni İbrahim Tatlısəs keçmiş həyat yoldaşı Ayşəgül Yıldızla yenidən evlənəcəyi barədə söhbətlərə aydınlıq gətirib.

Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, Ayşəgül Yıldız ötən gün ticarət mərkəzində qızı Elif Ada üçün alış-veriş edərkən görüntülənib. O, maqazin müxbirlərinin suallarını da cavablandırıb. Ayşəgül qızının atası İbrahim Tatlısəslə barışdığı və yenidən nikah masasına oturacağı iddialarına isə sərt cavab verib.

A.Yıldız "Biz o mövzunu bağladıq. Bunun açıqlamasını da vermişik. Bu barədə daha danışmaq istəmirəm" deyib.

Qeyd edək ki, bir müddət öncə cütlüyün yenidən ailə quracaqları deyilirdi.

Rüstəm


Müəllif: