Əməkdar artist Elza Seyidcahan meyxanaçı Vüqar Əbdülovdan polisə şikayət edib.
Teleqraf.com xəbər verir ki, bu haqda o, "Xəbərin var?” verilişində danışıb: “Mənim yaradıcılığımı başa düşmürsə, ona meyxanaçı yox, keyxanaçı deyirəm. Mənim üçün “keyxanaçı”dır. Bu fikirləri deməkdən çəkinmirəm.
O və onun ətrafındakılar “Meyxəbər” adlı verilişlərinə baxılsın deyə, məni və sənətimi məsxərəyə qoymaq istədilər. Mən Vüqar Əbdülovdan polisə şikayət elədim. Amma çox peşmanam, gərək təkcə Vüqarı yox, onunla veriliş aparan digər şəxsləri də polisə verərdim.
Sənət bir yana, qadına qarşı belə edirlər. Əgər sənəti çılpaq görürlərsə, onların öz işidir. Məsələn, mən yazmışam ki, “Qazanım daşdı, kəfini yedim”. Vüqar isə deyir ki, “Qazanı açdım, kəfini yedim”. Yekə kişisən, saçın-saqqalın ağarıb, səninlə çörək kəsmişəm, evimə gəlmisən, evinizə getmişəm, sən də mənə qarşı bir balaca hörmətin olsaydı, haqqımda belə sözlər danışıb, məni sosial şəbəkələrdə təhqir etməzdin.
Sən yazıçı Anar, Çingiz Abdullayev, İlqar Fəhmi, Səlim Babullaoğludan çox bilirsən?! Mənə şər atdı, şeirimi düz demədi. Özünü elə apardı ki, bağışladım. Onu məhkəməyə verə bilərdim. Yaxınlarım dedilər ki, nahaq Vüqarı bağışlamısan. Çünki o səhvini başa düşmədi".
Qeyd edək ki, bir müddət əvvəl Vüqar Əbdülov Elza Seyidcahanın şeirlərinin mənasız olduğunu vurğulayıb və onu ələ salıb: “Bəlkə gələcəkdə lazım olacaq. İndi aktyorlar onun şeirlərini iyrənc formada ifadə edirlər. ”Qazanı açdım, kəfini yedim”. Bu nədir? Vallah, qaytaracaqsan”.