26 Mart 13:08
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada "Crocus City Hall"da baş verən terror aktından sonra Tümendə bir sıra konsertlər ləğv edilib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Emin Ağalarovun çıxışı da daxil olmaqda bir neçə konsert proqramları da təxirə salınıb.

Bildirilib ki, alınmış biletlər digər tədbir tarixləri üçün də keçərlidir, ona görə də onları geri qaytarmağa ehtiyac yoxdur.

Martın 22-də axşam saatlarında "Crocus City Hall" konsert zalında terror aktı baş verib. "Piknik" qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra silsilə partlayış səsləri eşidilib və yanğın başlayıb.


Müəllif: Pərvin Cəfərova