28 Yanvar 2015 15:36
2 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aralarındakı yaş fərqinin 57 il olması Riçard Lugner və Keti Şmitzi hələ də mətbuatın gündəmində saxlayır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 82 yaşlı avstriyalı milyarder Riçard Lugner və keçmiş “Playboy” modeli 25 yaşlı Keti Şmitz hələ keçən ilin sentyabrında ailə həyatı qurublar. Beş aydan sonra isə cütlük Almaniya teleproqramlarının birində çıxış edərək, evliliklərinə aydınlıq gətiriblər.

Bu, 82 yaşlı Avstriya milyarderinin bu, 5-ci evlilik olub. Milyarder Keti ilə avqust ayında tanış olub. Tanışlıqdan 1 ay sonra isə onlar toy ediblər.

Riçard deyib: “Dörd dəfə evli olmuşam və sonuncu dəfə 7 il bundan əvvəl 4-cü arvadımdan boşanmışam. Ketiyə rast gələnə qədər bir daha ailə həyatı qurmaq haqda düşünməmişəm. Lakin o, bütün fikirlərimi dəyişdi”.

Keti milyarderi kilsəyə apara bilsə də, Riçard hələ də arvadını pul düşkünü olmasından ehtiyatlanır. O deyib: ”Hər zaman narahatlıq keçirirəm. Qadınlar çox təhlükəlidir, evlilik isə ondan da təhlükəlidir. Lakin mən gənc xanımlarla mübarizə aparmağı xoşlayıram”.

Keti isə zəngin əri haqda fikir bildirərək deyib: “Biz tanış olanda Riçardın yaraşıqlı kişi olduğunu düşündüm. Bilirdim ki, zəngin insandır. Əlbəttə, dəbdəbəli həyat tərzini xoşlayıram, amma bu, Riçardla ailə qurmaq üçün səbəb deyil. Pul mənim üçün əhəmiyyətli daşımır. Onunla tanış olan zaman televiziyada karyera qurmaq istəyirdim. Sevgi və karyera arasında qalmışdım. Mən onun yeganə gənc arvadı deyiləm. Onun digər arvadları da özündən dəfələrlə gənc olub”.

Keti nikahlarını “göylərdə kəsilmiş bağlılıq” adlandırıb. O deyib: “Gənc oğlanlarla çox görüşmüşəm. Onları futbol və qadınlar maraqlandırır. Mənə isə Riçardla xoşdur. Həmçinin də, 6 yaşlı qızımın ataya, mənim isə kişiyə ehtiyacım var”.


Müəllif:

Oxşar xəbərlər