7 May 16:53
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artistlər Elza Seyidcahan və “Bu şəhərdə"nin üzvü, əməkdar artist Rafael İsgəndərov ilə "Rəngarəng şəhər" verilişində problem yaşayıb.

Teleqraf.com xəbər verir ki, aparıcı Zaur Nəbioğlu telefon vasitəsilə canlı efirə qoşulan Elza Seyidcahana “Rafael İsgəndərov deyir ki, "Bu şəhərdə”nin ssenaristi Müşfiq Abbasov Elza Seyidcahan haqda hansısa bir parodiyanı yazsa da, mən özümə qadağa qoyuram, onu etməyəcəyəm” sualı ilə müraciət edib.

Elza isə suala "Belə bir atalar sözü var, "qınından çıxdı, qınını bəyənmədi". İndi yəqin Rafaelin Elzaya ehtiyacı yoxdur. Elzanın sayəsində Rafael böyük aktyor olub. Mən inanıram ki, Rafael bunu bilər. O, məni parodiya edərək sevilib. Rafael sənətkardır. Məni parodiya edərkən daha çox sevilib. Bir də görürsən ki, onlar yoldan keçənləri də parodiya edirlər. Ancaq gündəm də lazımdır. Amma bizim kimi sənətkarları təqlid edəndə, əlbəttə ki, bu, alqışa layiqdir. Həm Rafaelin, həm də Coşqunun sənətinə böyük hörmətim var. Coşqunu və Müşfiqi bağrıma basıram. Rafael hərdən sataşır və zarafatlaşır. O da ki, aktyordur, sənətidir. İndi də Rafael aktyorluq edir. Yəqin yeni tamaşaya hazırlaşır", - deyə cavab verib.

Rafael İsgəndərov isə əməkdar artistin fikirlərinə belə reaksiya göstərib: “Coşqunu da, Müşfiqi də bağrına basdın. Amma onu da biləsən ki, o parodiyanı Müşfiq yazıb, mən də oynamışam. Nə deyirsən?
Amma sən zəng edib etirazını mənə bildirmisən. Müşfiqə deməmisən ki, bu parodiyanı sən niyə belə yazmısan? Bizim səninlə yazışmalarımız var və istəyirəm ki, bu mövzu bizim aramızda qalsın. Mən Müşfiqin yazdığından kənara çıxmamışam. Elza Seyidcahan verilişlərin birində olan zarafat haqqında illər sonra mənə etirazını bildirdi. Ondan sonra parodiyası da olub".


Müəllif: Rəqsanə Həsənova