31 Dekabr 2019 15:28
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nissan və Renault avtomobil şirkətinin keçmiş rəhbəri Karlos Qon barəsində cinayət işi ilə bağlı sürpriz an yaşanıb.

Teleqraf.com xəbər verir ki, biznesmen Yaponiyadan Livana qaçıb.

Maraqlısı odur ki, Nissan şirkətinin sabiq prezidenti Yaponiyadan Livana Türkiyə üzərindən uçub.

İş adamı Livan əsillidir. Yaponiyada ona cinayət işi açılıb. Onun barəsində 7 ay həbs qərarı verilmişdi, amma məhkəmə prosesi davam edirmiş.

Karlos Qon özü gecə açıqlama verərkən rəsmən qaçaq durumuna düşdüyünü elan edib: “Mən hazırda Livandayam və Yaponiyanın çirkli ədalət sisteminin əsiri deyiləm. Ədalətdən qaçmamışam, ədalətsizlikdən və siyasi ittihamlardan qaçmışam”.


Müəllif: Cavad