Ötən gün axşam saatlarında Türkiyənin paytaxtı Ankaranın rəmzi sayılan Atakule qülləsi Azərbaycan bayrağı ilə proyeksiya olunub.
Teleqraf.com xəbər verir ki, qüllədə Ümummilli lider Heydər Əliyevin "İki dövlət, bir millət" sözləri öz əksini tapıb.
Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyənin bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunmuşdu.