30 Sentyabr 2020 23:13
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası İranın xarici siyasətində mühüm yer tutan dövlətdir.

Teleqraf.com xəbər verir ki, bu sözləri İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi deyib. O bildirib ki, rəsmi Tehran qarşılıqlı əlaqələrin inkişafı üçün heç bir məhdudiyyət görmür. Hər iki dövlət beynəlxalq əhəmiyyət daşıyan iqtisadi layihələrin iştirakçısıdır. Qarşılıqlı əlaqələrin inkişafı xalqlarımızın maraqlarını əks etdirir.

Azərbaycan Ordusunun Dağlıq Qarabağı və ətraf rayonları işğaldan azad etmək istiqamətində əks-hücumuna toxunan İran rəsmisi nəzərə çatdırıb ki, rəsmi Tehran tərəflər arasında vasitəçilik edib sülhə nail olmağa hazırdır.

M.Vaezi İran ərazisindən Ermənistana silah-sursat ötürülməsi haqqında yayılan xəbərlərə də münasibət bildirib. Qeyd edib ki, İran ilə Azərbaycan qonşu, dost və qardaş dövlətlərdir. Buna görə də İran öz ərazisindən silah-sursat daşınmasına imkan verməz. Onun sözlərinə görə, iki dövlət arasındakı mehriban münasibətləri pozmağa çalışan qüvvələr var və buna görə də yalan xəbərlər yayıb ziddiyyət yaratmağa çalışırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər