Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl Osaymini “Dostluq” ordeni ilə təltif edib.
Teleqraf.com-un məlumatına görə, Prezident İlham Əliyev Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Yusif bin Əhməd əl Osayminə “Dostluq” ordenini təqdim edib.