25 May 2022 15:52
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, fərmana əsasən, İqtisadiyyat Nazirliyi Qaydada nəzərdə tutulan müvəkkil bankı (bankları), Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırmaqla, 15 gün müddətində müəyyən etməli, ƏDV-nin qaytarılması sisteminin tətbiqi məqsədilə Qaydada nəzərdə tutulan infrastrukturun, o cümlədən portalın, proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun Dövlət Vergi Xidmətinin və müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını büdcədənkənar fondu hesabına təmin etməlidir.

Bundan başqa, nazirlik vahid elektron məlumat bazasında toplanan məlumatların təhlükəsizliyini və məlumat mübadiləsinin fasiləsizliyini,ƏDV-nin qaytarılması sisteminin tətbiqi ilə bağlı təbliğat işinin aparılmasını təmin etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Maliyyə Nazirliyinə isə, ƏDV-nin, Qaydanın tələblərinə uyğun olaraq, İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan əlavə dəyər vergisi üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasını təmin etmək, Qaydada nəzərdə tutulan rəyin formasını, İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, 15 beş gün müddətində təsdiq etmək tapşırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər