Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Litva Respublikasının keçmiş Prezidenti Valdas Adamkusa başsağlığı məktubu ünvanlayıblar.
Teleqraf.com xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri,
Həyat yoldaşınız, ömür-gün dostunuz Alma Adamkiyenenin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik".