Azərbaycan Ordusu güclü və qüdrətlidir. Qarşısına qoyulan vəzifəni uğurla həyata keçirir. Qısa bir müddət ərzində işğal altında olan bir neçə kənd azad edildi. Strateji əhəmiyyət daşıyan yüksəkliklər düşməndən təmizləndi.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, tarixçı alim Musa Qasımlı deyib.
Millət vəkili vurğulayıb ki, bu müharibədir, hər birimiz Azərbaycan əsgərinin yanındayıq:
"Ordumuza, əsgərimizə inanırıq. Bütün vətəndaşlarımız və dünya azərbaycanlıları birmənalı olaraq Ali Baş Komandanın yanında olmalıdır. Çünki bizim işimiz haqq işidir. Biz torpaqlarımızı işğalçılardan azad etməkdən ötrü müharibə aparırıq”.