30 Sentyabr 2020 13:12
4 715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın hərbi potensialı Ermənistanın hücumlarını dəf etmək üçün yetərlidir, lakin lazım olduqda Türkiyə ona istədiyi hərbi yardımı edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Biz Krım məsələsində Ukraynanı, həmçinin Gürcüstanı dəstəkləyirik və biz haqlıyıq. Azərbaycanı da eyni şəkildə dəstəkləyirik. Lazım gələrsə, kömək edəcəyik, amma indi Azərbaycanın kifayət qədər imkanlara sahib olduğunu görürük. Bizim onunla hərbi əməkdaşlığımız var.

Azərbaycan ehtiyac duyduğu hər şeyi biz də daxil olmaqla digər ölkələrdən alır və bu, onun haqqıdır. Ehtiyac yaranarsa, biz döyüş meydanında da Azərbaycana kömək edə bilərik”, – deyə Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə verdiyi müsahibədə bildirib.

Əlavə edib ki, Ermənistan hücumları ilə bütün beynəlxalq hüquq normalarını gözardı edir və buna cavab verilməlidir.


Müəllif: Səxavət

Oxşar xəbərlər