ABŞ prezidenti Donald Trampın məsləhətçisi Houp Hiks yeni növ koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinə mənbə məlumat verib.
Məlumata əsasən, D.Trampın ən yaxın məsləhətçilərindən biri olan H.Hiks sentyabrın 29-u Klivlenddə keçən debatda, sentyabrın 30-u isə Minnesotada keçirilən mitinqdə ABŞ prezidentini müşayiət edib.
Qeyd edilir ki, H.Hiksin ABŞ prezidentini müşayiət etməsinə baxmayaraq D.Tramp koronavirusa yoluxmayıb.