Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “paytaxtı” Xankəndində partlayış və gurultu səsləri gəlir.
Teleqraf.com xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.
Məlumatda mərmilərin şəhərin mərkəzinə yaxın yerə düşdüyü bildirilib.
Nəşr bildirib ki, iki saat əvvəl Xankəndinə təxminən 20 zərbə endirilib.
“RİA Novosti”nin müxbiri partlayışlardan sarsılan şəhərdə demək olar ki, bütün mağazaların və istehsal müəssisələrinin bağlandığını bildirib:
“Şəhərdə olan yerli və qonaq jurnalistlər siqaret, konserv qida və hətta çörək ala biləcəkləri bir yer axtarmalıdırlar”.