6 Oktyabr 2020 21:39
2 469
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə Qarabağ probleminin həlli ilə bağlı Rusiya ilə çalışmağa hazırdır, münaqişənin fundamental həllə ehtiyacı var".

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "TRT Haber"ə müsahibəsində deyib.

O bu məsələdə Ankara və Moskvanın ortaq çalışmasına ehtiyac olduğunu bildirib.

"Hər kəs həqiqətin tərəfində olmalıdır. İşğalçı da var, işğalın qurbanı da var. Ədalət Azərbaycanın tərəfindədir. Ölkələr, o cümlədən Rusiya ədalətin tərəfində olmalıdır. Rusiya Minsk qrupunun üzvüdür və həm Azərbaycanla, həm də Ermənistanla əlaqələri var. Bu prosesdə Rusiyanın böyük töhfəsinə ehtiyac var. Rusiyanın bu münaqişənin həllinə bu günə qədər nə qədər sərmayə qoyduğunu hamı bilir. Biz bu məsələyə daha çox töhfə vermək istəyirik və Rusiya ilə işləməyə hazırıq. Bölgənin təhlükəsizliyi üçün bu məsələnin köklü həlli vacibdir, bu səbəbdən əməkdaşlığımıza ehtiyac var”.


Müəllif: Mənbə/Publika.az

Oxşar xəbərlər