14 Oktyabr 2020 13:12
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xarici vətəndaşların iştirakına gəldikdə, Ermənistana baxsınlar. Orada nə qədər xarici terrorçu var. Orada PKK-lıların düşərgələri var, o cümlədən Qarabağda da PKK-lıların düşərgələri var”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti “Haber Türk”ə müsahibəsi zamanı deyib.

“Orada öldürülən terrorçuların üzərindən Kanada, Livan pasportları çıxıb. Onlar erməni əsillidir və ya deyil – bu başqa məsələdir. Yəni, başqa ölkənin vətəndaşı gəlir orada müharibə aparır. Bu, muzdlulardır”, - prezident vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər