14 Oktyabr 2020 15:40
16 956
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ən optimalı torpaqları güc yolu ilə işğaldan azad etməkdir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

“Rusiyanın razı olduğu variant budur: 5 rayon qaytarılır, sülhməramlılar bölgəyə girir, Qarabağda müstəqillik haqqında referendum keçirilir. Müharibə başlayandan sonra isə atəşkəsin bərqərar olması zamanı rayonların qaytarılmasından əvvəl rus əsgərlərinin Qarabağa daxil olmasını israrla istənilir. Əlbəttə, Azərbaycan bu variantlara razı deyil. Ən optimalı güc yolu ilə torpaqları almaqdır. Danışıqlar yolu ilə Qarabağın yekun statusu ilə bağlı razılığa gəlmək mümkün deyil.

Nikol Paşinyan hakimiyyətdə olub danışıqlarda özünü nə qədər çox kal aparsa, o qədər bizə yaxşıdır”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər