Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Strateji Hücum Silahlarının azaldılması və məhdudlaşdırılmasına dair Müqavilə üzrə ABŞ-la aparılan dialoq və Dağlıq Qarabağdakı münaqişəsini müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, iclas iştirakçıları Dağlıq Qarabağ münaqişəsi ətrafındakı mövcud vəziyyət barədə də fikir mübadiləsi aparıblar.