19 Oktyabr 2020 20:00
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfərlər, torpaqlarımızın işğaldan sürətlə azad edilməsi işğalçı Ermənistanı küncə sıxışdırıb. Ordumuzun uğurları diplomatik və siyasi müstəvidə də tamamlanmaqla ədalətin və beynəlxalq hüququn təmin edilməsi reallaşdırılır. Hibrid müharibənin bütün seqmentləri üzrə uduzan işğalçı ölkə özünə nə hərbi, nə də diplomatik müstəvidə ciddi dəstək tapa bilmədiyi üçün yalnız terrorçular və faşist düşüncəli qruplaşmalarla əməkdaşlıq edə bilir. Çünki Ermənistanda faşizm və terrorizm rəsmi dövlət siyasətidir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, rəsmi İrəvan uzun illərdir dünyanın hər yerindən olan terrorçularla əməkdaşlıq edir, terrorçuları işğal etdiyi Azərbaycan torpaqlarına gətirərək, onlara təlim keçir, muzdlu döyüşçü kimi dinc əhaliyə qarşı istifadə edir, İrəvanın mərkəzində nasist cəlladı Qaregin Njdeyə heykəl qoyur. Faşizmə rəğbəti və faşizmin təbliğini dövlət siyasəti səviyyəsinə qaldırır və dünyada olan faşizm tərəfdarları ilə sıx əməkdaşlıq edir.

Hikmət Babaoğlu qeyd edib ki, faşizmə rəğbət bəsləyən “Almaniya üçün alternativ” Partiyasının (AfD) nümayəndələrini işğal olunmuş Qarabağa dəvət etməsi də bu ölkənin faşist xislətinin göstəricisidir:

“Bu günlərdə cinayətkar hərbi xunta rejimi Bundestaqda təmsil olunan nasist “Almaniya üçün alternativ” Partiyasının 3 üzvü – Şteffen Kotre, Andreas Kalbitz və Andreas Qalao Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazilərinə səfərini təşkil edib. Almaniyada olduqca mənfi imicə sahib olan bu partiyanın əsas məqsədi Almaniyanı “islamlaşmaqdan xilas etmək”, miqrantları sıxışdıraraq ölkədən qovmaq, onlara qarşı diskriminasiya siyasəti yeritməkdən ibarətdir. Elə nasizmə xidmət edən Ermənistan da eyni siyasəti həyata keçirərək monoetnik dövlət qurub. Hazırda ermənilərlə əməkdaşlıq edən "AfD" Almaniyada irqçi, islamofob, antisemit və ksenofob tendensiyaları ilə tanınır və aktiv şəkildə neo-nasist təşkilatları ilə əməkdaşlıq edir, bu partiyanın nümayəndələri demokratik cəmiyyətlərdə arzuolunmaz şəxslər hesab edilirlər. Ermənilər nasist Qaregin Njde ilə fəxr etdikləri kimi, bu partiyanın həmsədrlərindən olan Aleksandr Qauland da alman əsgərlərinin İkinci Dünya Müharibəsində göstərdikləri “qəhrəmanlıqlar”la fəxr edir”.

Hikmət Babaoğlu qeyd edib ki, hazırda terrorçu Paşinyan və onun nasist komandası Sorosla bağlı olsalar da, Avropadan istədikləri dəstəyi ala bilmirlər:

“Halbuki, demokrat dərisinə bürünmüş bu yırtıcılar özlərini Avropaya əsl demokrat kimi sırımağa çalışırdılar. Ancaq Azərbaycan diplomatik cəbhədə çox uğurlu siyasət apararaq onların iç üzünü, işğalçı və irqçi olmalarını bütün dünyaya tanıtdı. Gəncə terroru ilə bağlı Avropa İttifaqının bəyanatı da Ermənistanın Qərbdən dəstək ümidini puç etdi. Belə ki, Avropa İttifaqı mülki insan tələfatı və ağır yaralanma ilə nəticələnən Gəncə şəhərinə terror zərbələri ilə bağlı bəyanatında “hər hansı bir tərəfin mülki insanları və mülki obyektləri hədəfə alması dayandırılmalıdır” bildirilib. Aİ-nin bu bəyanatı işğalçı ölkədə isterika ilə qarşılanıb. Bütün cəbhələr üzrə məğlub olan düşmən hazırda nicat yolunu terrorçularla ittifaqda görür. Ermənistan və işğal olunmuş ərazilərdə qurulmuş separatçı rejim nasist-faşist ideologiyasının daşıyıcıları və terrorçulara tərəfdaş olur. Bir tərəfdən Suriya və Livandan kürd terror dəstələrinin üzvlərini muzdlu kimi bölgəyə gətirir, digər tərəfdən isə Avropada neo-nasist ideologiya daşıyıcılarının dəstəyinə ümid bağlayır. Ancaq bunların heç biri işğalçı və terrorçu Ermənistanı xilas edə bilməyəcək. Azərbaycan ən qısa zamanda öz haqlı davasında qalib çıxacaq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər