21 Oktyabr 2020 11:15
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngilanın işğaldan azad olunduğunu eşidəndə 27 ildir gözlədiyimiz ən gözəl hisslərimizi yaşadıq. İndiyə qədər aldığımız, əldə etdiyimiz heç bir uğur bizi bu qədər sevindirməmişdi. Torpaqlarımızın hər qarışında, əsgərlərimizin qanı töküldüyü hər yerdə çiçəklənən bir bölgə yetişdirəcəyik.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Aybəniz İsmayılova deyib.

Onun sözlərinə görə, torpaqların işğaldan azad olunmayacağını bir gün belə düşünməyib:

“Xəbəri alandan nə qədər zənglər gəlir. Xaricdə yaşayan dostlarımız, siyasətçilər, hər kəs zəng edib, təbrik edir. Bunun özü də adama qürür verir. Fikirləşirsən ki, bu illər ərzində gördüyümüz işlər həqiqətən öz bəhrəsini verdi. Səbrimiz taxtımıza çevrildi, həqiqətən buna layiq olduq. Hər gün atalarımız, analarımız, nənələrimiz bu günlər üçün dua edirdilər.

İcma üzvləri ilə birlikdə oturmuşduq, xəbəri alanda zəngilanlı olduğum üçün təbii ki, hamı mənim üçün sevindi. Amma mən özüm tam ürəkdən sevinə bilmirdim. Çünki yolumuz Xankəninədir. Şuşamız, Laçınımız, Kəlbəcərimiz, kənd, rayon və şəhərlərimiz işğaldan azad edilənədək irəliləyəcəyik. Bütöv sevinci o zaman yaşayacağıq”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər