22 Oktyabr 2020 08:25
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan 1991-ci ildə müstəqilliyini etdikdən dərhal sonra Müdafiə Nazirliyi yaradlıldı. Yerli icra hakimiyyətlərinə tapşırıldı ki, özünümüdafiə batalyonları yaradılsın. O dövrdə Xocalı şəhər icra hakimiyyətinin başçısı vəzifəsində çalışırdım. 1991-ci ilin oktyabr-noyabr aylarında Xocalı ərazi özünü müdafiə batalyonu yaratdıq. Bu batalyonun tərkibi sırf xocalılardan ibarət idi. Batalyonun həmin dövrdə komandiri məktəbdə hərbi hazırlıq dərsləri keçən bir adam idi. Eyni zamanda həmin batalyonda bir nəfərdə olsun hərbi təhsili olan şəxs yox idi. Digər hərbi hissələrdə də analoji vəziyyət hökm sürürdü. Ona görə də, ciddi kadr qıtlığı vardı.

Bu fikirləri Teleqraf.com-a açıqlamsında Milli Məclisin deputatı Elman Məmmədov bildirib.

O qeyd edib ki, Azərbaycanda həqiqi mənada Müdafiə Nazirliyinin formalaşması və Ordumuzun yaradılması Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başlandı.

Deputat vurğulayıb ki, bu gün Azərbaycan Odusu özünün yüksək bilik və bacarığı ilə seçilən kadr potensialına malikdir: “Hərbi təhsilə, yüksək biliyə malik olan hərbiçilərimiz qarşıya qoyulan bütün tapşırıqları uğurla icra edir. Cənab Prezident İlham Əliyev hakimiyətə gəldikdən sonra ən çox diqqət yetirdiyi sahələrdən biri Ordu quruculuğu oldu. Ordumuzun möhkəmlənməsi və güclənməsi üçün Ali Baş Komandan tərəfindən ən zəruri addımlar atıldı. Məhz uzun illərin, gərgin əməyin nəticəsində bu günkü güclü Azərbaycan Ordusu yaradıldı”.

Elman Məmmədov bildirib ki, bu gün Azərbaycan Odusu dünyanın ən güclü 50 orduları sırasına yüksəlib: “Ordumuz qüdrətini 2016-cı il və ondan öncəki döyüşlərdə düşmənə layiqincə nümayiş etdirib. Sentyabrın 27-dən başlayaraq bu günə qədər davam edən hərbi əməlliyatlar da Azərbaycan Ordusunun döyüş qabiliyyətini düşmən bir daha görmüş oldu. Ordumuzda çox yüksək hərbi biliklərə sadəqətli vətənpərvər hərbiçilərimiz var”.

Millət vəkili vurğulayıb ki, məğlubedilməz erməni ordusu haqqında yaradılmnış bütün miflər darmadağın edildi: “Məlum oldu ki, Azərbaycan Ordusunun gücü qarşısında erməni hərbi birləşmələri duruş gətirməkdə acizdir”.


Müəllif: Tapdıq Qurbanlı