Rusiya Prezidenti Vladimir Putin Qarabağ münaqişəsi barədə fikirlərini bildirib.
Teleqraf.com Rusiya KİV-nə istinadən xəbər verir ki, o, münaqişənin nizamlanmasının çətinliklərindən danışıb.
“Hər iki tərəfin öz həqiqətləri var. Asan həll yoxdur, düyün çox dolaşıqdır. Bizim mövqeyimiz aydındır, Azərbaycana 5 və sonra 2 rayon qaytarılmalı, Qarabağda müəyyən rejimli zonalar yaradılmalıdır" - deyə cavab verib.
Putinin fikrincə, tərəflərin maraqlar balansı bərabərləşsə, münaqişəni həll etmək mümkün olacaq. Prezidentin fikrincə, 80-ci illərin sonunda münaqişə alovlanmağa başlayanda Sovet rəhbərliyi münaqişənin qarşısını almaq üçün kifayət qədər tədbir görməyib.
Xatırladaq ki, Putin “İrəli, Rusiya” forumunda çıxışı zamanı məsələyə toxunub.